"Rəvan"ın baha bir legioneri özünə yeni komanda tapıb. Fanat.az xəbər verir ki, Xuan Manuel Varea Bosniya və Hersoqovina çempionatına qayıdıb.
Argentinalı forvard "Jelezniçar" klubuna keçib və bir illik müqavilə imzalayıb. O, "Rəvan"a 2012-ci ildə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubundan gəlmişdi. Onunla yanaşı, AZAL-ın sabiq üzvü Nedo Turkoviç də "Jelezniçar"da çıxış edəcək.
Qeyd edək ki, Varea "Rəvan"da 66 oyun keçirib və 19 qol vurub. O, əvvəllər Argentinanın "Velez Sarsfield", "Deportivo", "Sentral" və Kolumbiyanın "Depor Aquablanka" klublarında çıxış edib.
Fanat.az