"Rəvan"ın sabiq müdafiəçisi Sohib Savankulov özünə yeni klub tapsa da, onunla müqavilə imzalaya bilmir. Fanat.az xəbər verir ki, tacik futbolçu hazırda "İstiqlal"ın düşərgəsində məşq edir.
Lakin Tacikistan yığmasının üzvünün bu klubla müqavilə bağlaması problemə çevrilib. Buna səbəb isə "Rəvan"ın sözügedən oyunçunun transfer vərəqini verməməsidi. Bakı klubu bu keçidə görə qarşı tərəfdən pul istəyir.
Qeyd edək ki, "Rəvan"a "İstiqlal"dan gələn Sohib 8 oyunda 576 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az