"Real" daha 3 futbolçusunu oynada bilməyəcək - RƏSMİ

"Real" daha 3 futbolçusunu oynada bilməyəcək - RƏSMİ

"Real Madrid"in daha üç futbolçusu La Liqanın XVI turunda "Jirona"ya qarşı matçda iştirak edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.

Aparıcı oyunçulardan Rodriqo Qoes meydana çıxmayacaq. 19 yaşlı Çema Andres və 20 yaşlı Qonsalo Qarsiya da səfərə aparılmayıb. Əvəzində Daniel Yanez əsas komandaya cəlb edilib.

Bundan başqa, "Kral klubu"nda Vinisius Junior, David Alaba, Dani Karvaxal, Eder Militao və Eduardo Kamavinqa da zədəlidir.

Qeyd edək ki, bu gün baş tutacaq "Jirona" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər