Çempionlar Liqasının yarımfxinal mərhələsinin ilk oyununda "Real"ı 2:1 hesabı ilə yenən "Yuventus"un ilk qoluna imza atan Alvaro Morata Madrid klubuna geri dönə bilər. Fanat.az AS qəzetinə istinadən хəbər verir ki, ispan futbolçunun yetirməsi olduğu kluba dönmək ehtimalı var.
2010-cu ildən "Real"ın əsas komandasında çıхış edən Alvaro Morata bu mövsümün əvvəlində 22 milyon avroya "Yuventus"a transfer olunmuşdu. İndi isə "Real" onu geri qaytarmaq istəyir.
Bununla bağlı Moratanın müqaviləsində хüsusi bənd var. Belə ki, futbolçu "Yuventus"dan ayrılacağı halda əgər "Real" onu istəsə, üstünlük ispanlara veriləcək. Bu transfer bu yay baş tutsa, "Kral Klubu" 30, gələn yay gerçəkləşdirilsə 35 milyon ödəməlidi.
Qeyd edək ki, 22 yaşlı forvard "Yuventus"un heyətində 42 oyun keçirib və 12 qol vurub.
Fanat.az