İngiltərə milli komandasının sabiq baş məşqçisi Qrem Teylor qalmaqallı açıqlamaları ilə ortalığı qarışdırıb. Fanat.az xəbər verir ki, 1990-1993-cü illərdə İngiltərə millisinə başçılıq edən təcrübəli mütəxəssis federasiyadan qaradərili futbolçuları komandaya çağrılmaması əmrini aldığını deyib.
İngiltərə Futbol Federasiyasında məsul vəzifədə çalışan şəxslər baş məşqçiyə yığmaya bir nəfər belə qaradərili futbolçu cəlb olunmayacağı göstərişini verib. Qrem Teylorun sözlərinə görə, həmin vaxt federasiya futbolçular arasında irqçilik ayrı-seçkiliyi saldığını gizlətməyib. Tanınmış mütəxəssisin ittiham dolu açıqlamalarına hələ ki, federasiya rəsmiləri heç bir reaksiya verməyib.//"Qafqazinfo"
Fanat.az