"Qaçaq futbolçu" "Xəzər Lənkəran"a qayıdır - RƏSMİ

"Qaçaq futbolçu" "Xəzər Lənkəran"a qayıdır - RƏSMİ
Sadio Tounkara "Xəzər Lənkəran"ın düşərgəsinə qayıdır. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, malili futbolçu yaxın günlərdə komandaya qoşulacaq: "O, meneceri vasitəsilə xəbər göndərib ki, avqustun 20-dən sonra Bakıya gələcək və komandaya qoşulacaq".
Bəs intizamsızlıq edən futbolçunun aqibəti necə olacaq? Klub rəhbərliyi və baş məşqçi tərəfindən bağışlanacaq? Hüseyn Cəbrayıloğlunun bu suallara cavabı belə oldu: "Əsas məsələ onun komandaya qoşulmasıdı. Ondan sonra gecikmənin səbəbi onun özündən dinləniləcək və klub rəhbərliyi qərarını verəcək. İstənilən halda Tounkara cəza alacaq".
Qeyd edək ki, Tounkara 2013/14 mövsümü başa çatandan sonra vətəninə yollanmış və geri qayıtmamışdı. "Xəzər Lənkəran"ın bütün səylərinə rəğmən futbolçu təlim-məşq toplanışına qatılmaqdan imtina etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər