"Partizan"ın futbolçuları üsyan etdilər

"Partizan"ın futbolçuları üsyan etdilər

"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - Serbiyanın "Partizan" klubunda böhran zirvə həddinə çatıb. Fanat.az Serbiya mətbuatına istinadən xəbər verir ki, ötən axşam "Partizan"ın futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

Buna səbəb aprel ayının 2-ci yarısından bəri futbolçulara məvaciblərin verilməməsidi. Rəhbərliyin vədlərindən təngə gələn "Partizan"ın oyunçuları bu cür kəskin etiraza əl atmağı qərara alıblar. Onlar məvaciblərinin ödənilməyəcəyi təqdirdə, məşqlərə qatılmayacaqlarını bəyan ediblər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər