"Onun oyunu adamı şoka salır" - Kin ulduz futbolçunu qınadı

"Onun oyunu adamı şoka salır" - Kin ulduz futbolçunu qınadı

İngiltərə Premyer Liqasının (İPL) 14-cü turunda səfərdə "Arsenal"a məğlub olan (0:2) "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin "qırmızı şeytanlar"ın forvardı Markus Raşfordu tənqid edib.

Fanat.Az xəbər verir ki, irlandiyalı veteranın sözlərini "Mirror" belə çatdırıb:

"Hiss etməmisinizsə, görün sizə nə deyirəm... Raşford meydanda idi! Onun oyunu adamı şoka salır. Başla endirdiyi zərbəyə baxın... Bu nədi? "Mançester Yunayted" bu qarşılaşmada heç nəyə layiq deyildi. Onlar sadəcə, aciz idilər".

Xatırladaq ki, 14 oyuna 19 xal toplayan "Mançester Yunayted" hazırda İPL-in turnir cədvəlində 11-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər