"Onlara futbolçunun əllə oynadığını anlamaq üçün 3 ay vaxt lazım oldu" - Toni Kroos

"Onlara futbolçunun əllə oynadığını anlamaq üçün 3 ay vaxt lazım oldu" - Toni Kroos

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos UEFA Hakimlər Komitəsinin bu yay keçirilən Avropa çempionatının 1/4 finalında baş tutan Almaniya - İspaniya matçının 106-cı dəqiqiəsində ispanların qapısına penalti təyin edilməməsinin yanlış qərar olduğunu açıqlamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Bild" AÇ-2024-dən sonra peşəkar karyerasını bitirən Kroosun sözlərini belə çatdırıb:

"Onlara həmin epizodda futbolçunun əllə oynadığını anlamaq üçün 3 ay vaxt lazım oldu. Halbuki bunu hamı həmin saniyədə görmüşdü. Təşəkkürlər, axı bu, o qədər də vacib deyildi. Onlar yanlış qərar verildiyini rəsmən etiraf edəndən sonra Avropa çempionu ola biləcəmmi? Düşünmürəm".

Xatırladaq ki, Almaniya yığmasının yarımmüdafiəçisi Cama Musialanın zərbəsindən sonra top cərimə meydançasında rəqib müdafiəçi Mark Kukurelyanın əlinə dəysə də, baş hakim Mark Teylorun fiti susmuşdu.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər