"Liverpul" rəhbərliyi Kloppa görə toplandı - Mümkün varis bəllidir

"Liverpul" rəhbərliyi Kloppa görə toplandı - Mümkün varis bəllidir

Klubun yaxın tarixində ən pis mövsümünü keçirən "Liverpul"da baş məşqçi dəyişikliyi hazırlanır. 

Fanat.Az xəbər verir ki, bu iddia Fabritsio Romano və Kristian Falk kimi Avropanın ən nüfuzlu idman jurnalistlərinin əməkdaşlıq etdiyi İngiltərənin məşhur "CaughtOffside" portalı tərəfindən yayılıb.

Mənbənin məlumatına görə, Mersisayd klubunun rəhbərliyi baş məşqçi Yürgen Kloppun əvəzlənməsi mövzusunda artıq görüşüblər. Premyer Liqadakı uğursuzluq bir yana, "Real Madrid"ə "Enfild"də 2:5 hesabı ilə darmadağın və Çempionlar Liqasından kənarda qalmaq təhlükəsi rəhbərliyin səbr kasasını daşırıb. 

Kloppa mümkün varis kimi daha bir alman mütəxəssis, "Bayern Münhen"in 35 yaşlı çalışdırıcısı Yulian Nagelsmannın adı çəkilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər