"İndi futbolu öyrənən yox, nəticə verən vaxtımdı"

"İndi futbolu öyrənən yox, nəticə verən vaxtımdı"
"Buraya qələbə üçün gəlmişik. Amma çətin qarşılaşma olacaq. Çünki 4 gün ərzində 2 oyun keçirmək asan deyil. Lazımi qədər məşq etməyə vaxt qalmır. Bununla belə, nəticədən asılı olmayaraq, əlimizdən gələni edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçısı Kamran Ağyev deyib.
Xorvatiyanın Osiyev şəhərində keçirilən mətbuat konfransına qatılan qolkiper İtaliya ilə matçdakı səhvlərini təhlil etdiklərini bioldirib: İtaliyaya qarşı oynamaq çətin idi. Xorvatlarla oyunun necə olacağını indidən deyə bilmərəm. Hələ meydana hansı heyətlə çıxacağımızı, start heyətdə olub-olmayacağımı bilmirəm. Baş məşqçi necə desə, elə də olacaq. İtaliya ilə oyundakı səhvlərimizi analiz etmişik. Hər kəs bacardığı kimi oynaya bilsə, nəticə qazana bilərik".
"İndi futbolu öyrənən yox, nəticə verən vaxtımdı, artıq 28 yaşım var. Hamı səhv edə bilər. Əsas odu ki, səhvlərimizdən nəticə çıxaraq” deyə Ağayev əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər