"Komandadan bu qədər zəif oyun gözləmirdim. Əksər futbolçuların çıxışı məni məyus etdi". Fanat.az xəbər verir ki, bu sözləri futbolxeber.az saytına 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.
Yoxlama oyununda AZAL-a 0:3 hesabı ilə uduzduqları görüşü şərh edən Vahabzadə özünü zəif tərəfdən göstərən futbolçuları gələcəkdə yığmaya dəvət etməyəcəyini bildirib: "Komandaya dəvət etdiyimiz futbolçulara inanırdıq. Amma onlar bu gün oyunları ilə bizi məyus etdilər. Belə davam etsə, gələcəkdə həmin futbolçular yığmaya çağırılmayacaqlar”.
Fanat.az