"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand hazırda dünyanın ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Lamin Yamalın oyunu çox xoşuma gəlir. Hazırda dünyanın ən yaxşı futbolçusu odur. O elə oynayır ki, sanki bunu tam başqa cür edir. Adam Yamalın çıxışını izləyəndə 28 yaşlı birinin oynadığını düşünür. Amma cəmi 17 yaşı var. Bu, inanılmazdır. Önəmli anlarda elə qərarlar verir ki, adam həqiqətən mat qalır. Lamin meydandakı təzyiqi hiss etmir. Bəli, belədir. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda onun "İnter"ə qarşə çıxışını diqqətlə izlədim. Tribunadakı yerim çox yaxşı idi. 45 dəqiqə Yamalı daha dərindən seyr etmək imkanım oldu. Bu, son illərdə baxdığım ən maraqlı hissə idi".

Qeyd edək ki, cari mövsüm "Barselona" forması ilə bütün turnirlərdə 54 matça çıxan Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər