"Futbolçularıma tapşıracam ki, hakim çağıranda yanına getməsinlər" - Qvardiola

"Futbolçularıma tapşıracam ki, hakim çağıranda yanına getməsinlər" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyunçularına matç zamanı hakimin çağırışlarına məhəl qoymamağı tapşıracaq.

Fanat.Az xəbər verir ki, "Sky Sports" Qvardiolanın dediklərini belə çatdırıb:

"Qol epizodunda Kayl Uokerə qəzəbləndim, amma o, günahsızdır. Hakim onu ​​və digərlərini danışmağa çağırmışdı. Amma hakim Maykl Oliver futbolçularımın yerinə qayıtmasına imkan vermədi. Hakim "gəl mənimlə danış" deyəndə, əmin olmalıdır ki, oyunçu öz yerinə qayıdıb. Növbəti dəfə oyunçularıma deyəcəyəm ki, hakimin çağırışına getməsinlər. Qoy onlar bizə yaxın gəlsinlər".

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasının son turunda “Arsenal”la prinsipial matçda 2:2 hesablı heç-heçə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər