"Futbolçularıma dedim ki..." - Fonseka MY ilə oyundan danışdı

"Futbolçularıma dedim ki..." - Fonseka MY ilə oyundan danışdı

"Olimpik Lion"un baş məşqçisi Paulu Fonseka Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunundan - "Mançester Yunayted"lə Fransadakı qarşılaşmadan (2:2) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Futbolçularıma dedim ki, kişi kimi mübarizə apardıqlarına, heç nədən qorxmadan oynadıqlarına onlarla fəxr edirəm. Yaxşı ustalıq səviyyəsi nümayiş etdirdilər. Qısası, oyunçularımdan çox razıyam. Daha artığına nail ola bilərik, amma unutmayaq ki, biz "Mançester Yunayted"ə qarşı oynayırıq. Rəqib hücumda çox təhlükəlidir". 

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 12-də olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər