"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz İngiltərə Premyer Liqasının 6-cı turunda "qırmızı şeytanlar"ın evdə "Tottenhem"dən aldıqları məğlubiyyətə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:
"Erik ten Haqın təyinatından iki il yarım keçsə də, "Mançester Yunayted" hələ də hazır olmayan komandadır. Təbii ki, komanda yalnız məşq poliqonunda hazırlaşa bilər. Futbolçular nə istədiklərini bilmirlər. Nəsə edin, azarkeşlərə nəsə verin. Ten Haq rəqibin baş məşqçisi Angelos Postekoğlunu "Tottenhem"in bazar günü sərgilədiyi oyuna görə tərifləyir... Yaxşı bəs siz niyə bu yöndə nəsə etmirsiniz?"
Nihat