"Futbolçular fiziki hazırlıq üçün fitboksla məşğul olsalar, daha yaxşıdır" - Ramil Məmmədzadə

"Futbolçular fiziki hazırlıq üçün fitboksla məşğul olsalar, daha yaxşıdır" - Ramil Məmmədzadə

"Azərbaycan futbolunda fiziki hazırlıq çox aşağıdır. Dünya təcrübəsində futbolçuların fiziki hazırlığı üçün fitboks idman növündən istifadə edilir".

Bunu Fanat.Az-a açıqlamasında fitboks üzrə məşqçi Ramil Məmmədzadə deyib.

Məmmədzadənin sözlərinə görə, hazırda fitboksla bağlı ona müraciət edənlər daha çox futbolçulardır: "Fitboks əsasən formada qalmaq üçün olan bir idman növüdür. Bu da futbolçular üçün vacibdir. Eyni zamanda fitboks vasitəsi ilə futbolçuların fiziki hazırlığını artırmaq olar. Təəssüf ki, fitboks hələ Azərbaycanda geniş yayılmayıb. Xüsusilə, futbol sferasında. Bayaq dediyim ki, bizə müraciət edən futbolçular var. Amma söhbət Azərbaycan futbolundan gedir. Yəni hər bir futbolçunun fitboksla məşğul olması daha yaxşı olardı. Bu o demək deyil ki, yalnız bizə müraciət etsinlər. Sadəcə, bu sahəyə diqqəti artırsınlar. Bu sahə üzrə peşəkarları cəlb etsinlər".

"İdman Azərbaycan" kanalı da bununla bağlı süjet hazırlayıb. Həmin süjeti təqdim edirik:

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər