"Fernandu Santuşun komandaları müdafiə futbolu oynayır" -İsveç millisinin baş məşqçisi

"Fernandu Santuşun komandaları müdafiə futbolu oynayır" -İsveç millisinin baş məşqçisi

İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə   fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Bizi çətin qarşılaşma gözləyir. Azərbaycan millisi doğma meydanda çox yaxşı çıxış edir. Amma biz daha yaxşı oynamağa başlamışıq. Düzgün istiqamətdə irəliləyirik. Sabahkı matçda komandamdan qələbə gözləyirəm. Futbolçularımız sabah qürurla çıxış edəcəklər. Komandamın bütün üzvləri qələbəyə köklənib.  Rəqib son görüşdə İsveçə böyük hesabla qalib gəliblər (3:0). Çalışacağıq ki, sabah belə nəticəyə imkan verməyək. Biz qalib gəlmək istəyirik. Fernandu Santuşun komandaları müdafiə futbolu oynayır.  İnanmıram ki, sabah yüksək temperatur oyuna təsir edə bilsin".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər