Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, millizin rəqibi "Rapid" (Vyana) klubunun U-19 komandası olub.
Yığmamız meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın yeganə qoluna "Fənərbaxça"lı Mirkamil Həşimli imza atıb.
Qeyd edək ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu Xorvatiyanın U-18 yığmasına qarşı keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.
Fanat.az