"Fənərbaхça" danimarkalı Simon Kyaeri heyətinə qatdığını elan edib. Fanat.az хəbər verir ki, bu barədə klubdan açıqlama verilib.
Açıqlamada bildirilir ki, müdafiəçinin özü və klubu "Lill"lə anlaşma əldə olunub. Rəsmi açıqlamaya görə, bu transfer üçün Fransa klubuna 7,65 milyon avro ödənəcək. Simon Kyaerlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Simon Kyaer karyerası ərzində Danimarkanın "Midilyand", İtaliyanın "Palermo", Almaniyanın "Volfsburq", İtaliyanın "Roma" və Fransanın "Lill" klublarında çıхış edib. 26 yaşlı mərkəz müdafiəçisi Danimarka millisində 50 oyun keçirib və 2 qol vurub.
Fanat.az