Tərlan Əhmədov "Neftçi" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi komandasından razı qalıb:
"Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı. Düzdü, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. "Neftçi" ilə oyunda məcburiyyətdən addım atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var. Mənim üçün rəqiblərin fərqi yoxdu. Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdu. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdı".
Fanat.az