"Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanan Ayxan Tağızadədən yeni xəbər var. Fanat.az xəbər verir ki, 19 yaşlı taekvandoçumuz "Star life" verilişinə açıqlamasında planlarından bəhs edib:
"Qarşıma məqsəd qoymuşdum ki, çempion olmalıyam, bayrağımızı qaldırmalıyam. İlk qızıl medalı qazandığıma görə çox xoşbəxtəm. İdmana atamın istəyi ilə gəlmişəm. Özü məşqçidi. Əslində futbolu sevirəm. Amma futbolçu olmaq alınmadı. Bu yolda irəlilədim. Qarşıda çox yarışlarım var. Rio-de-Jeneyroda keçiriləcək olimpiya oyunlarına qatılacam. "Bakı-2015"ə necə hazırlaşırdımsa, ora üçün də elə çalışıram. Məşqçilərimin köməyi ilə olimpiya oyunlarında da bayrağımızı qaldıracam".//Axşam.az
Fanat.az