"Arsenal"ın, "Barselona"nın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri müasir futboldakı sıx oyun təqvimindən şikayətlənib.
Fanat.Az xəbər verir ki, veteran ulduz fikirlərini "CBS Sports" telekanalına bölüşüb:
"Komandalar həddindən artıq oyun keçirirlər. Dünyanın ən yaxşı futbolçuları ilə heyvan kimi rəftar edirlər. Son Avropa çempionatı xoşunuza gəldi? Ən yaxşı oyunçuların çoxu meydanda yorğun görünürdülər. Onların əksəriyyətinin meydanda həzz almadığını gördüm".
Nihat