“Kiyevdəki oyundan sonra “Qarabağ”ın xoşuma gəldiyini demişdim. Yaxşı təşkil olunmuş komandadı. Onlara qalib gəlmək asan deyildi. Biz bu gün sadəcə onlardan güclü olduq". Fanat.az xəbər verir ki, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
Rəqib çalışdırıcı azarkeşlərdən danışıb: “Bu gün stadion tam dolu idi. Ona görə də fərqli ab-hava vardı. Bizə Dnepropetrovsk və Lvovda oynamağa icazə verilmədi. Amma biz Kiyevdə oynayanda 3000 azarkeş qarşısında mübarizə aparırdıq. Bu, futbol deyildi. Sanki yoldaşlıq oyunu keçirirdik. Oyunçularım əsl futbol ab-havasında yaxşı oynadı”.
Markeviç ilk oyunda məğlubiyyətə layiq olduqlarını deyib: "Kiyevdəki oyunda məğlubiyyətə layiq idik. Bu gün isə layiqli olaraq qələbə qazandıq. Çünki vurduğumuz qollardan başqa da qol epizodlarımız oldu".
"Dnepr"in baş məşqçisi oyunu Reynaldo üzərində qurduqlarını bildirib: "Oyunu Reynaldo üzərində qurmuşduq. Ona görə də Çeberyaçkonu dayaq yarımmüdafiəçisi mövqeyində yoxlayırdım. O, onu bağlamalı idi".
Fanat.az