Bu yay komandanın "sükanı arxası"na gətirilən Araz Bağırovla əməkdaşlığa son qoyan "Difai"ni 3 futbolçu tərk edə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar "fədailər"in sıralarına məhz Bağırovun rəhbərliyi altında oynamaq üçün qoşulan oyunçulardır.
Hazırda bu futbolçular digər komandalara üz tutmaq variantını götür-qoy edirlər.
Qeyd edək ki, "Difai"nin yeni baş məşqçisinin Hüseynqulu Quliyev olacağı gözlənilir. Sözügedən kollektiv ötən mövsüm 1-ci Liqanı 9-cu pillədə başa vurub. 2-ci Liqada 4-cü olan "Quba" ilə pley-off matçında 3:1 hesablı qələbə qazanan komanda çempionatdakı yerini qoruyub.
Nihat