Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Fanat.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə toplanışa dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb.
Baş məşqçi toplanışa 17 futbolçu çağırıb. Onlardan üçü legionerdi. Braunşveyq "Ayntrafxt"ından Taşkın İlter Münhenqladbax "Borussiya"sından Bilal Sezeri yenidən yığmaya çağıran Vahabzadə "Eskişəhirspor"dan Deniz Topçuya dəvət göndərib. Bilal Sezer və Taşkin İlter komandaya fevralın 22-də qoşulacaq.
Qeyd edək ki, U-21 fevralın 23-də Qananın U-21 yığması, fevralın 26-da isə Çinin “Hunan Billows” klubu ilə qarşılaşacaq.
Qapıçılar: Rəşad Əzizli (Simurq), Şahrudin Məhəmmədəliyev (Sumqayıt).
Müdafiəçilər: Elvin Bədəlov, Rahil Məmmədov (ikisi də "Neftçi"), Abbas Hüseynov, Azər Salahlı (ikisi də "İnter"), Cəmil Hacıyev (Sumqayıt), Azad Kərimov (Bakı), Deniz Topçu (Eskişəhirspor, Türkiyə).
Yarımmüdafiəçilər: Vadim Abdullayev, Vüqar Mustafayev (ikisi də "Simurq"), Elşən Abdullayev (Neftçi), Fuad Bayramov (İnter), Taşkın İlter (Ayntraxt Braunşveyq, Almaniya), Bilal Sezer (Borussiya Münhenqladbax, Almaniya).
Hücumçular: Samir Məsimov (Neftçi), Tellur Mütəllimov (Qəbələ).
Fanat.az