Dortmund "Borussiya"sının sabiq müdafiəçisi Niko Şults karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı alman futbolçu "Ankaragücü" ilə anlaşıb.
Məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
Tərəflər iki mövsümlük müqavilə imzalayıblar.
Keçən yay "Borussiya Dortmund"dan ayrılan Şults bir ildir klubsuz idi.
"Ankaragücü" ötən mövsüm Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsində yer alaraq aşağı liqaya düşüb. Komanda Türkiyə Birinci Liqasının yeni mövsümündə hazırda səkkizinci pillədə qərarlaşıb.