"Bizə Nussayr kimi futbolçular lazımdır" - Amorim mərakeşlini təriflədi

"Bizə Nussayr kimi futbolçular lazımdır" - Amorim mərakeşlini təriflədi

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun 27 yaşlı sağ cinah müdafiəçisi Nussayr Mazrauini tərifləyib.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"O, yüksək səviyyəli futbolçudur. Nussayrın oyun anlayışı, hücuma qoşulmaq bacarığı, yaxşı texnikası var. Birərbir epizodlarda etibarlıdır. Mazraui müasir futbolçudur, komandanın gələcəyidir. Bizə Nussayr kimi oyunu "oxuyan", tempi idarə edən futbolçular lazımdır. Ondan həqiqətən razıyam".

Xatırladaq ki, Mərakeş millisinin üzvü MY-yə bu yay "Bayern Münhen"dən keçib. Cari mövsüm bütün turnirlərdə 20 matça çıxan Mazraui 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər