"Azərbaycanda futbol hazırda inkişaf edir. Amma Bolqarıstan milli komandası daha güclüdü. Əgər biz qələbəni çox istəsək və öz istədiyimiz kimi oynaya bilsək, qalib gəlməyimiz üçün heç bir problem olmayacaq". Fanat.az xəbər verir ki, bu sözləri Bakı "İnter"inin sabiq üzvü Petar Zlatinov deyib.
Bolqar futbolçu ölkəsinin mətbuatına verdiyi açıqlamada millimizin müdafiə futboluna üstünlük verdiyini bildirib: "Rəqib daha çox arxa xəttə fikir verəcək. Çünki millinin baş məşqçisi Berti Foqts futbolçularına ən çox müdafiə olunmağı öyrədir. Azərbaycan yığması daha çox nizam-intizamlı oynamağa çalışacaq. Bu onlarda bəzən alınır, bəzən isə yox".
Fanat.az