"Real"ın yarımmüdafiəçisi Sami Xedira Almaniya Bundesliqasına qayıda bilər. Fanat.az "Marca"ya istinadən xəbər verir ki, vaxtilə "Ştutqartın" şərəfini qorumuş 27 yaşlı futbolçunun xidmətində "Bavariya" maraqlıdır.
"Bavariya" Madrid klubuna keçidi rəsmiləşən Toni Kroosa əvəzləyici axtarışına çıxıb və 1 nömrəli namizəd kimi Xediranı görürlər. Münhen təmsilçisinin Xediranın məvacibini xeyli artırmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Xediranın ilk elçisi kimi "Real"ın qapısını London "Arsenal"ı döyüb. Lakin şəxsi müqavilə məsələsində futbolçuyla klub ortaq məxrəcə gələ bilməyib.
Fanat.az