"Ayntraxt"ın elçi düşdüyü futbolçumuzdan açıqlama

"Ayntraxt"ın elçi düşdüyü futbolçumuzdan açıqlama

19 yaşadək futbolçulardan ibarət milli komandamızın və "Bakı”nın üzvü Mahir Mədətov xarici klublara transferiylə bağlı xəbərlərə aydınlıq gətirib. Fanat.az xəbər verir ki, futbolçu bu barədə bakuinfo.az-a danışıb.

Gənc futbolçu bildirib ki, mövsümün sonunadək "Bakı”da çıxışını davam etdirəcək və hazırda klubda maliyyə durumunun stabilləşməyini gözləyir: "Hazırda "Bakı”ya məxsusam və xarici klublara keçidimdən danışmaq düzgün olmaz. İlk növbədə klubumun bu durumdan çıxmasını istəyirəm. Amma mövsümün sonunda seçimimi edəcəyəm. İndi milli komandayla Almaniyada təlim-məşq toplanışındayam”. 

 

Mahir Mədətov atası, tanınmış prodüser Anar Mədətovla bağlı da danışıb. Bildirib ki, atası onun seçiminə hörmətlə yanaşır: "Atam futbolla maraqlanmırdı. Amma iki-üç ildi ki, mənə görə futbola baxmağa başlayıb. O, mənim peşəkar olmağımı, düzgün seçim etməyimi istəyir. Ən böyük istəyi isə Avropada oynamağımdı”.

 

Qeyd edək ki, son bir neçə gündə gənc futbolçumuzun adı bir neçə məşhur klubla, o cümlədən Almaniya "Ayntraxt”ı ilə hallanır. Millimizin bu ölkədə təlim-məşq toplanışında olmasından istifadə edən almanların Mədətovu yaxından izləyəcəkləri istisna deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər