"Anji" böyük futbola qayıtdı - RƏSMİ

"Anji" böyük futbola qayıtdı - RƏSMİ

Dağıstan klubu “Anji" böyük futbola qayıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə Mahaçkala təmsilçisinin rəsmi "Telegram" kanalı məlumat yayıb. 

“Biz "Anji"nin böyük futbola qayıtdığını elan etməkdən məmnunuq. Klub Rusiya üçüncü divizionunda mübarizə aparacaq”, - deyə məlumatda bildirilir. 

Klubun mətbuat xidməti komandanın fəaliyyəti ilə bağlı növbəti xəbərləri izləməyə çağırıb. 

Xatırladaq ki, “Anji” 2022-ci ildə dağılmışdı. Klub peşəkar liqada oynamaq üçün lisenziya ala bilməmiş və Dağıstanın həvəskarlar liqasında oynamağa başlamışdı. Hazırda Dağıstanı peşəkar futbolda Rusiya Premyer Liqasında Mahaçqala "Dinamo"su təmsil edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər