"Mançester Siti"nin yay "transfer pəncərəsi" ilə bağlı planları məlum olub.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Siti" rəhbərliyi transferlər üçün 300 milyon funt büdcə ayıracaq.
"Şəhərlilər"in prioriteti müdafiənin mərkəzini gücləndirməkdi. Pep Quardiolanın sözügedən mövqe üçün iki oyunçu istədiyi bildirilir. Namizədlər sırasında Kalidu Kulibalinin ("Napoli") adı ön plandadı. Onunla yanaşı, MS-nin siyahısında Dieqo Karlos ("Sevilya"), Milan Şkrinyar ("İnter"), David Alaba ("Bavariya") və Natan Ake ("Bornmut") də var.
Quardiola Leroy Sanenin boşluğunu da doldurmaqda qərarlıdı. Bu məqsədlə "Valensiya"dan Ferran Torresin transfer ediləcəyi gözlənilir. Həmçinin, "Mançester Siti" heyətini hücumameyilli yarımmüdafiəçi və ya "saxta 9 nömrə" ilə də gücləndirmək istəyir.
Fanat.Az