"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasının (İPL) 32-ci turu çərçivəsində keçirəcəkləri önəmli matçdan - "Liverpul"la ev oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisin aprelin 10-da "Etihad"da baş tutacaq vacib duellə bağlı söylədiklərini belə çatdırıb:
"Bilirik ki, rəqib qalan bütün oyunlarda qələbə qazanmaq arzusundadır. Ümid edirəm ki, bizə qarşı bu planlarını həyata keçirə bilməyəcəklər. Bir komanda bu gün mayda titul qazanmaq uğrunda mübarizə aparırsa, deməli, inanılmaz mövsüm keçirib. "Liverpul" yetərincə güclüdür. Mançesterə döyüşməyə gələcəklərini bilirik. Bizim də öz planlarımız var".
Qeyd edək ki, 73 xalı olan "Mançester Siti" İPL-in turnir cədvəlində ilk pillədə qərarlaşıb. Liderdən 1 xal az toplayan "Liverpul" isə ikincidir.
Nihat