Quardiola "Barselona"nı təriflədi

Quardiola "Barselona"nı təriflədi

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola keçmiş komandası "Barselona"nın ötən mövsümdəki çıxışını qiymətləndirib.

Fanat.Az xəbər verir ki, "Marca"ya danışan ispan mütəxəssis qatıldığı bütün turnirləri kuboksuz başa vuran Kataloniya nəhəngini tərifləyib:

"Mövsümün gedişində komandanı təhvil alan Xavi çox yaxşı işlər gördü. Mən bütün təfərrüatı bilmirəm, amma düşünürəm ki, o, işinin öhdəsindən gəldi. Futbolçulara gəlincə, Fati və Pedri kimi, Qavi də əla oyunçudur. Bu oyunçular sübut edir ki, onları böyük gələcək gözləyir. "Barselona"da gənclərlə bağlı çox yaxşı planlar icra olunur”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər