"Bayern Münhen" hücumçusu Serj Qnabri (Serge Gnabry) ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamaq niyyətindədir.
Fanat.Az jurnalist Nikolo Skiranın yaydığı məlumata istinadən xəbər verir ki, klub 26 yaşlı futbolçunun agentləri ilə danışıqlar aparır.
Xatırladaq ki, Qnabri ilə "Bayern Münhen" arasında hazırkı müqavilə 2023-cü ilin iyun ayına qədər qüvvədədir.
Emin Şəmsiyev