Qətərin "Əl Sadd" klubu baş məşqçisi Xavi ilə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə yeni sözləşmə 2023-cü ilə qədər nəzərdə tutulub.
Müqavilədə yer alan bəndə əsasən, Xavi "Barselona"dan təklif alacağı təqdirdə, Qətər klubunu tərk edə bilər.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan veteran yarımmüdafiəçi 1997-ci ildən 2015-ci ilə qədər bu komandanın şərəfini qoruyub. 2015-2019-cu illərdə "Əl Sadd"da çıxış edən ispan futbolçu karyerasını burada bitirərək elə komandada məşqçilik fəaliyyətinə başlayıb.
Röya