Qavinin agenti "Barselona" rəsmiləri ilə görüşdü - SON DURUM

Qavinin agenti "Barselona" rəsmiləri ilə görüşdü - SON DURUM

Bu gün "Barselona"nın 17 yaşlı yarımmüdafiəçisi Qavinin agenti İvan de la Penya Kataloniya klubunun nümayənələri ilə görüşüb. 

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, tərəflər futbolçunun müddəti gələn ilin yayında başa çatacaq müqaviləsinin yenilənməsini müzakirə etsələr də, ortaq məxrəcə gələ bilməyiblər.

Mənbə de la Penya ilə "Barselona" rəsmilərinin növbəti həftə yenidən bir araya gələ biləcəklərini vurğulayıb.

Qeyd edək ki, son mövsümdə parlayan Qavi "blauqrana"nın formasıyla çıxdığı 46 oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, artıq İspaniya millisində də 10 oyun keçirməyə və 1 qol vurmağa imkan tapıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər