Türkiyədə "transfer pəncərəsi"nin son günündə "Qalatasaray" yeni transferini reallaşdıracaq.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Falimakan" klubunun futbolçusu Qustavo Assunsaonun (Gustavo Assuncao) keçidini tamamlayacaq.
Məlumatı futbol insayderi Fabritsio Romanonun "Twitter" hesabında paylaşıb. Onun yazdığına görə, "sambaçı" ilə müddəti 2025-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atılacaq.
Xatırladaq ki, Qustavo "Falimakan"ın heyətində 22 oyun keçirib.
Emin Şəmsiyev