"Qalatasaray"dan hücumçu transferi: dünya ulduzuna rəsmi təklif

"Qalatasaray"dan hücumçu transferi: dünya ulduzuna rəsmi təklif
Transfer pəncərəsinin sonunadək heyətinə hücumçu qatmağa çalışan "Qalatasaray" hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, İstanbul klubu Moskva "Spartak"ının forvardı Luis Adrianonun keçidini həll etməyə çalışır. Rusiya mediasının məlumatına görə, "sarı-qırmızılılar" Moskva klubuna 6 milyon avro təklif edib. Ruslar isə 10 milyon avro istəyir. Danışıqlar davam edir. 
Qeyd edək ki, karyerasına Braziliyanın "İnternasional" klubunda başlayan Adriano 2007-ci ildə 3 milyon avroya transfer olunduğu Donetsk "Şaxtyor"unda 8 il çıxış edib. Bu müddətdə Ukrayna Premyer Liqasının (6 dəfə), ölkə kubokunun (4), Super Kubokunun (5) və Avropa Liqasının (1) qalibi olub. 2015-ci ildə "Milan" onu 8 milyon avro qarşılığında heyətinə qatıb. Hücumçu 2017-ci ilin qışında "Spartak"a keçib. Cari mövsümdə 20 rəsmi oyuna çıxan Adriano 5 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2014-2015-ci illərdə Braziliya millisinə dəvət alıb (4 oyun).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər