"Qalatasaray"dan A Seriyasına transfer

"Qalatasaray"dan A Seriyasına transfer
"Qalatasaray"dan ayrılan Sinan Gümüş İtaliyanın "Cenoa" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Cenoa" türk futbolçu ilə uzun müddətli müqavilə bağladığını elan etsə də, anlaşmanın müddətini və detallarını açıqlamayıb.
"Qalatasaray"dan A Seriyasına transfer
Qeyd edək ki, Sinan Gümüş "Qalatasaray"a 2014-cü ildə Almaniyanın "Ştutqart" klubundan transfer olunub. 25 yaşlı hücumçu ötən mövsüm 30 rəsmi oyuna çıxaraq 5 qol vurub.
Onu da qeyd edək ki, "Cenoa"nın heyətində əvvəllər "Qalatasaray"ın formasını geyinən Koray Günter də yer alıb. 2018-ci ilin yayında İstanbul klubundan A Seriyasına keçən 24 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm 15 rəsmi oyuna çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər