"Qalatasaray" növbəti transferini həyata keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Kasımpaşa"da oynayan qapıçı Fatih Öztürkü heyətinə cəlb edib. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Klub hər mövsüm üçün ona 4 milyon lirə maaş ödəyəcək.
Qeyd edək ki, Fatih Öztürk 2019/20 mövsümündə Türkiyə Super Liqasında 34 matçda meydana çıxıb. Qolkiper əvvəllər "Eyüpspor", "Gölcükspor", "1461 Trabzon", "Trabzonspor", "Akhisar Bələdiyyəspor" və "Kasımpaşa" klublarında çıxış edib.
Fanat.Az