“Qalatasaray” legionerini transferə çıxardı

“Qalatasaray” legionerini transferə çıxardı
"Qalatasaray” yarımmüdafiəçisi Sofian Fequlini transferə çıxarıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın "Sent-Etyen” klubunun prezidenti Bernar Kayazzo açıqlama verib. Misirin "Zamalek” klubunun hücumçusu Mustafa Məhəmməd uğrunda mübarizədə İstanbul nəhənginə uduzduqlarını bildirən Kayazzo "Cim-Bom”un bir oyunçunu satışa çıxardığını söyləyib: 
"Mustafa Məhəmmədi heyətə qatmaq üçün "Qalatasaray” bir oyunçusunu satmaq məcburiyyətindədi. Onlar bu problemi yoluna qoymaq üçün Sofian Fequli üçün təkliflər gözləyirlər”.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan 32 yaşlı Fequli "Qalatasaray”a 2017-ci ildə İngiltərə təmsilçisi "Vest Hem”dən 4.25 milyon avroya almışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər