"Qalatasaray" legioneri ilə müqaviləni dondurdu

"Qalatasaray" legioneri ilə müqaviləni dondurdu
"Qalatasaray" futbolçusu Omar Elabdellauinin lisenziyasını dayandırıb.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Mərakeş əsilli norveçli müdafiəçinin adı Türkiyə Futbol Federasiyasına təqdim olunan sifariş ərizəsindən çıxarılıb.
Ötən il dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət alan oyunçunun müalicəsi davam etdiyi üçün bu addım atılıb.
Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər