"Qalatasaray" daha iki transferi açıqlayır

"Qalatasaray" daha iki transferi açıqlayır
"Qalatasaray" heyətinə daha iki futbolçu qatır.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Fulhem"dən Jean Maykl Seri və "Bursaspor"dan Okan Koçuku transfer edir.
İddiaya görə, "Fulhem" Serini "Qalatasaray"a icarəyə verməyə razılaşıb. 27 yaşlı yarımmüdafiəçi özü də türklərlə razılığa gəlib.
Okan Koçukun transferi də "Bursaspor"la razılaşdırılıb. Rəsmi müqavilə bu günlərdə imzalanacaq.
Qeyd edək ki, "Fulhem" Serini ötən yay "Nitsa"dan 30 milyon avroya alıb. Kot-D`İvuar millisinin üzvü 2018/19 mövsümündə 34 rəsmi oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Okan Koçuk isə "Bursaspor"un yetirməsidi. 23 yaşlı qapıçı ötən mövsüm 22 rəsmi oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər