"Qalatasaray" bütün pulunu bu transferə xərcləyəcək

"Qalatasaray" bütün pulunu bu transferə xərcləyəcək

Çempionlar Liqasında uduzaraq mübarizəni Avropa Liqasında davam etdirən "Qalatasaray"ın əsas transfer hədəfi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, İstanbul klubu ötən mövsüm icarəyə götürdüyü Jedson Fernandeşin keçidini ən qısa zamanda həll etmək istəyir. 

"Benfika"nın məşqçilər korpusu futbolçunu komandada saxlamaq qərarına gəlsə də, onunla bağlı plan dəyişib. Belə ki, 22 yaşlı yarımmüdafiəçi yeni mövsümdə komandanın əsas heyətlə bağlı planlarına daxil deyil. Jedson bu səbəbdən klubunu dəyişmək və "Qalatasaray"a dönmək istəyir.

Bu qərardan sonra İstanbul təmsilçisinin rəhbərliyi də hərəkətə keçib. Belə ki, "Qalatasaray" bundan sonra transferə xərcləyə biləcəyi pulun hamısını - 10 milyon avronu "Benfika"ya təklif edəcək. 

Qeyd edək ki, Fernandeş ötən mövsümün ikinci yarısında "Qalatasaray"ın heyətində 18 oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Pərvin  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər