"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç yay transfer pəncərəsi dönəmində klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, artıq iki klub - "Çelsi" və "İnter" 31 yaşlı futbolçunu heyətinə qatmağa namizəddir.
Pyaniçin istəyi isə Kataloniya klubunda qalmaqdır. Ancaq "Barselona"ya Ronald Kumanın başçılıq etdiyi müddətdə Pyaniçin komandada qalmağının mənası olmayacaq. Yüksək maaş alıb, ancaq oyun şansı az olan futbolçunu komandada saxlamaq heç "Barselona"ya da sərf etmir. Bu səbəbdən klub üçün ən yaxşı variant Pyaniçi icarəyə verməkdir.
"Diario Sport" xəbərdə onu da qeyd edib ki, artıq futbolçu baş məşqçisi Kuman ilə gələcək karyerası haqqında söhbət edib. Onunla ilə bağlı yekun qərar iyun ayında veriləcək.
Qeyd edək ki, bosniyalı yarımmüdafiəçi bu mövsüm La Liqaının 17 matçında meydana çıxıb.
Röya