PSJ heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Paris klubu Milan "İnter"inin müdafiəçisi Milan Şkrinyar ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
İnformasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkədə yayıb.
Slovakiyalı futbolçunun 5 illik müqaviləyə qol çəkəcəyi və yeni iş yerində ildə 7,5 milyon avroya yaxın maaş alacağı bildirilib.
Mənbə sözügedən müdafiəçi ilə ortaq məxrəcə gələn Fransa təmsilçisinin "İnter"ə 60 milyon avro ödəməyi planlaşdırdığını, İtaliya klubunun isə bu keçid üçün 70 milyon avro istədiyini vurğulayıb.
Qeyd edək ki, Şkrinyarın "İnter"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. 2021/2022 mövsümündə "qara-göylər"in formasıyla bütün turnirlərdə 47 matça çıxan Slovakiya millisinin üzvü 4 qol vurub.
Nihat