Fransanın PSJ klubu transfer qadağasına tuş gələ bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Xəbərə görə, Paris təmsilçisi yay 200 milyon avroluq futbolçu satmalıdır. Əks təqdirdə maliyyə "fair-play" qaydasını pozmaqdan cəzalana bilər. Belə olan halda isə, komanda yeni futbolçular ala bilməyəcək.
Pablo Sarabiya, Ander Errera, Leandro Paredes, İdrissa Quey, Tilo Kerer, Abdu Diallo və Leyvin Kyürzavanın bu yay klubu tərk edəcəyi gözlənilir.