PSJ yay transferlərinə nə qədər ayırıb? - MƏBLƏĞ

PSJ yay transferlərinə nə qədər ayırıb? - MƏBLƏĞ

PSJ rəhbərliyi yay transferləri üçün cəmi 80 milyon avro ayırıb. Parislilər bir neçə futbolçusunu satarsa, bu məbləğ arta bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" nəşri yayıb. 

Xəbərə görə, Paris klubu Lissabon "Sportinq"inin müdafiəçisi Nuno Mendeşi transfer etmək üçün 35 milyon avro xərcləmək niyyətindədir. 

Satışa çıxarılacaq futbolçular arasında argentinalı hücumçu Mauro İkardi də var.  "Transfermarkt" portalı 29 yaşlı İkardinin transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər